2 komandamız Türkiyədə beynəlxalq yarışda 1/4 finala çıxıb

2 komandamız Türkiyədə beynəlxalq yarışda 1/4 finala çıxıb

Azərbaycanın çimərlik voleybolu üzrə komandaları Türkiyənin Mersin şəhərində keçirilən “Bioderma Pro Beach Tour" açıq çempionatında 1/4 finala çıxıblar.

Mediasport.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Vüqar Bayramov/Ülvi Rəcəbli və Vadim Kutukov/Heydər Məmmədli cütləri növbəti mərhələyə yüksəliblər və yarımfinala gedən yolda iki komandamız qarşılaşacaq.

Fidan Əhmədxanova/Larisa Smeltsova cütündən ibarət qadın komandamız isə 1/8 finalda Türkiyə təmsilçiləri (Ceylin.S/Su.Ş) ilə üz-üzə gəlib və 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar. 

Yarışın qalibləri oktyabrın 1-də müəyyən olunacaq.