Millilərimizin yarışdığı "Bioderma Pro Beach Tour" çempionatı bitib
Türkiyədə keçirilən çimərlik voleybolu üzrə "Bioderma Pro Beach Tour" açıq çempionatı yekunlaşıb.
Mediasport.az xəbər verir ki, Balıkesirdə baş tutan yarışda Azərbaycanın 2 qadın (Fidan Əhmədxanova / Nərmin Səmədzadə, Çinarə Quliyeva / Larisa Smeltsova), 3 kişi (Heydər Məmmədli / Fərda Dünyayev, Nəriman Bayramlı / Məhəmməd Aslanlı, Akşin Ağazadə / İbrahim Məmmədov) komandası iştirak edib.
Qızlar komanda hesabında 5-ci, oğlanlar isə 6-cı olublar. Turnirdə ümumilikdə 20 qız, 20 oğlan kollektiv mübarizə aparıb.
Çimərlik voleybolçuları növbəti yarışda iştirak etmək üçün sabah Gürcüstana yola düşəcəklər. Qızlar və oğlanlar iyulun 11-14-də Kaçreti şəhərində təşkil olunacaq 18 yaşlıların (U-18) Avropa çempionatına qatılacaqlar.