AVRO-2024: Belçika millisinin yekun heyəti müəyyənləşib
Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatına hazırlaşan Belçika milli komandasının yekun heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko 25 futbolçuya ehtiyac duyub.
"Qırmızı iblislər" AVRO-2024-ün E qrupunda Rumıniya, Slovakiya və Ukrayna yığmaları ilə mübarizə aparacaqlar.
Qapıçılar: Koen Kastels (“Volfsburq”, Almaniya), Tomas Kaminski (“Luton”, İngiltərə), Natz Sels (“Nottingem Forest”, İngiltərə);
Müdafiəçilər: Timoti Kastan (“Fulhem”, İngiltərə), Maksim De Küyper (“Brügge”), Vut Faes (“Lester”, İngiltərə), Toma Mönye (“Trabzonspor”, Türkiyə), Artur Teate (“Renn”, Fransa), Yan Vertongen, Zeno Debast (hər ikisi “Anderlext”), Aksel Vitsel (“Atletiko” M., İspaniya);
Yarımmüdafiəçilər: Kevin De Brüyne (“Mançester Siti”, İngiltərə), Orel Manqala (“Lion”, Fransa), Amadu Onana (“Everton”, İngiltərə), Yuri Tilemans (“Aston Villa”, İngiltərə), Artur Vermeren (“Atletiko” M., İspaniya);
Hücumçular: Yohan Bakayoko (PSV, Niderland), Yannik Karrasko (“Atletiko” M., İspaniya), Karles De Ketelar (“Atalanta”, İtaliya), Jeremi Doku (“Mançester Siti”, İngiltərə), Romelu Lukaku (“Roma”, İtaliya), Dodi Lukebakio (“Sevilya”, İspaniya), Leandro Trossar (“Arsenal”, İngiltərə).