Gürcüstan yığması tarixi uğuru reallaşdıra bilər - Avropa çempionatı

Gürcüstan yığması tarixi uğuru reallaşdıra bilər - Avropa çempionatı

Bu gün Gürcüstan və Rumıniyanın ev sahibliyi etdiyi futbol üzrə U-21 Avropa çempionatının final mərhələsində sonuncu qrup oyunlarına start veriləcək.

MediaSport.az xəbər verir ki, 2 qrupda ümumilikdə 4 oyun keçiriləcək.

Qitə birinciliyində keçirdiyi ilk iki görüşdə sürpriz nəticələrə imza atan Gürcüstan yığması Niderland futbolçuları ilə qarşılaşacaq. Aktivlərində 4 xal olan birincilər məğlub olmasalar, tarixi uğura imza ataraq pley-offa vəsiqə qazanacaqlar.

Digər qrupda son Avropa çempionu və bu qitə yarışında pley-offa vəsiqəni vaxtından əvvəl təmin etmiş İspaniya yığması cari birincilikdə analoji nəticəni rəsmiləşdirmiş Ukrayna millisi ilə üz-üzə gələcək.


U-21 Avropa Çempionatı. Final mərhələsi. Qrup oyunları. 3-cü tur

20:00 Niderland - Gürcüstan

20:00 Portuqaliya - Belçika

22:45 Xorvatiya - Rumıniya

22:45 İspaniya - Ukrayna