Azərbaycan millisi Avropa çempionatına 1 xalla başlayıb
19 yaşadək futbolçular arasında AVRO-2024-ün seçmə qrup mərhələsinin oyunları start götürüb.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının yer aldığı 11-ci qrupun görüşləri Lüksemburqda təşkil olunub.
Yarışa ciddi itkilərlə yollanan Aqil Nəbiyevin komandası qrupun ilk matçında Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıb. Heyətdəki ciddi itkilərə rəğmən, millimiz 1 xal qazanıb - 0:0.
Komandamızın 20 nəfərlik heyəti: Xəyal Fərzullayev ("Sumqayıt"), Rəvan Mirzəmmədov ("Sabah") Əkbər Eyubov (Səbail) Murad Musayev (MOİK), Rüfət Abbasov (Neftçi), Saleh Süleymanov (Cəbrail), Arzu Atakişiyev (Kəpəz), Uğur Səfərov (Qarabağ), Fəxri Məmmədli (Sabah), Murad Ələkbərov (Zirə), Adəm Topalov (Səbail), Murad Məmmədov (Neftçi), Sadiq Şəfiyev (Turan Tovuz), Eşqin Əhmədov (Qəbələ), Ravil Qafarov (Qəbələ), Şahin Şahniyarov (Qəbələ), Xəyyam Məmmədli (Qəbələ), Sənan Ağalarov (Qəbələ), Edqar Adilxanov (Şamaxı), Nihad Əhmədzadə (Sumqayıt).
Qrupda digər rəqiblərimiz meydan sahibi Lüksemburq və Niderland yığmaları olacaqlar. Komandamız növbəti matçını noyabrın 18-də niderlandlılara qarşı keçirəcək.
Avropa çempionatının final mərhələsi 2024-cü il 15-28 iyul tarixlərində Şimali İrlandiyada təşkil ediləcək.
AVRO-2024. Seçmə qrup mərhələsi. 11-ci qrup. 1-ci tur
Azərbaycan – Bosniya və Herseqovina 0:0
Baş hakim: Mikkel Redder (Danimarka)
Baş hakimin köməkçiləri: Rene Risum (Danimarka), Kevin Stammet (Lüksemburq)
Dördüncü hakim: Loik Thomas (Lüksemburq)
15 noyabr. Stade de la Frontiere. Saat 19:00