Avropa çempionatında FİNAL həyəcanı: İspaniya İngiltərəyə qarşı

Avropa çempionatında FİNAL həyəcanı: İspaniya İngiltərəyə qarşı

Bu gün futbol üzrə U-21 Avropa çempionatının qalibi müəyyənləşəcək.

MediaSport.az xəbər verir ki, həlledici qarşılaşma Gürcüstanın Batumi şəhərindəki "Acarabet Arena"da təşkil olunacaq.

Qeyd edək ki, qitə birinciliyi Gürcüstanla Rumıniyanın birgə təşkilatçılığı ilə keçirilirdi.

Final oyunu İTV kanalında canlı yayımlanacaq.


U-21 Avropa çempionatı. Final


20:00 İngiltərə - İspaniya

Baş hakim: Espen Eskas (Norveç)