İngiltərə və İspaniya 1/4 finalda
Almaniyada keçirilən futbol üzrə 17-ci Avropa çempionatında 1/8 final mərhələsinin oyunları davam edir.
Mediasport.az xəbər verir ki, günün ilk duelində qarşılaşan İngiltərə və Slovakiya millilərinin dueli kifayət qədər maraqlı və dramatik alınıb, sonda təcrübə sözünü deyib.
Əsas vaxtın sonunda və əlavə vaxtın startında fərqlənməklə geridönüş edən britaniyalılar 1/4 finala çıxıblar.
İspaniya və Gürcüstan marçı isə, gözlənildiyi kimi, pireneylilərin inamlı qələbəsilə yekunlaşıb.
Xatırladaq ki, daha əvvəl İsveçrə və Almaniya yığmaları 1/4-ə yüksəliblər.
Avropa çempionatı. 1/8 final
İngiltərə - Slovakiya 2:1
Qollar: Cud Bellingem, 90+5, Harri Keyn, 1 (ə.v) - İvan Şrans, 25.
Baş hakim: Halil Umut Meler (Türkiyə)
Helzenkirxen. "Arena AufŞalke"
İspaniya - Gürcüstan 4:1
Qollar: Rodri, 39, Fabian Ruiz, 51, Niko Uilyams, 75, Dani Olmo, 83 - Robin le Normand, 18-avtoqol.
Baş hakim: Fransua Leteksye (Fransa)
Köln. "Köln" stadionu