AÇ-2025: Milli komandamız Ukrayna yığmasına məğlub olub

AÇ-2025: Milli komandamız Ukrayna yığmasına məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu komandamız F qrupunun lideri Ukrayna yığması ilə qarşılaşıb.

Bakıda 3 gün əvvəl İngiltərə seçməsinə uduzan (1:5) futbolçularımız növbəti dəfə ev matçında meydanı başıaşağı tərk ediblər.

Millimiz qrupda 6 görüşdən sonra 5 məğlubiyyət və 3 xalla sonuncu pillədə qərarlaşıb.

Aktivində 18 xalı olan lider ukraynalılardan başqa, qrupda İngiltərə, Serbiya, Lüksemburq və Şimali İrlandiya kolllektivləri də mübarizə aparırlar.


AVRO-2025. F qrupu. Seçmə mərhələ


Azərbaycan - Ukrayna 0:3

Qollar: Aleksandr Yatsuk, 25, Oleq Oçeretko, 40, Valentin Rıbçinski, 56.

Baş hakim: Dario Bel

Yan xətt hakimləri: Qoran Pataki, İvan Yaniç

Dördüncü hakim: Zdenko Lovriç (hamısı Xorvatiya)

Bakı, "Azərsun Arena", 16:00.

Azərbaycan: 22. Amin Ramazanov, 19. Qurban Səfərov, 13. Seymur Məmmədov, 4. Cəlal Hüseynov, 15. Süleyman Damadayev, 20. Rüfət Əhmədov, 17. Murad Vəliyev, 8. Emil Səfərov, 6. Zeynəddin Abdurahmanov, 7. Camal Cəfərov, 9. Nəriman Axundzadə.

Ehtiyat oyunçular: 1. Rüstəm Samiqullin, 2. Abdulla Rzayev, 3. Rüfət Abbasov, 5. Nəriman Həsənzadə, 14. Ayxan Süleymanlı, 16. Xəyal Əliyev, 18. Ağadadaş Salyanski, 21. İbrahim Ramazanov, 23. Ramin Nəsirli.

Baş məşqçi: Samir Əliyev.

Ukrayna: 1.Ruslan Neşçeret, 4. İlya Krupski, 13. Volodimir Salyuk, 16. Arsenii Batahov, 15. Artyom Smolyakov, 18. Oleksandr Yatsk, 22. Valentin Rubçinski, 8. Oleh Oçeretko, 21. Maksim Braharu, 20. İhor Krasnopir, 10. Nazar Voloşin.

Ehtiyat oyunçular: 12.Yakev Kinareikin, 2. Kostiantin Vivçarenko, 5. Vitalii Roman, 6. Boris Kruşinski, 9. Yevgen Pavlyuk, 11. İvan Varfolomeyev, 14. İlya Kvastnitsya, 17. İhor Horbaç, 19. Maksim Klan.

Baş məşqçi: Unay Melqosa.




1

Ukrayna

6

6

0

0

15-2

18

2

İngiltərə

6

5

0

1

24-4

15

3

Serbiya

6

3

1

2

8-14

10

4

Lüksemburq

7

1

1

5

4-16

4

5

Ş.İrlandiya

5

1

0

4

2-7

3

6

Azərbaycan

6

1

0

5

3-13

3