"FİFA series": Milli komandamız Bolqarıstanla bərabərə qalıb
Futbol üzrə Azərbaycan milli komandası bu gün "FİFA series - Edition 2024" turniri çərçivəsində növbəti matçına çıxıb.
Mediasport.az xəbər verir ki, yığmamız ilk dəfə təşkil olunan yarışın son görüşündə Bolqarıstan futbolçularını qəbul edib.
Bakıda səfərdə olan digər 2 kollektiv - Tanzaniya və Monqolustan seçmələri Mərdəkanda üz-üzə gəliblər.
Xatırladaq ki, Arif Əsədovun müvəqqəti rəhbərlik etdiyi komandamız ilk oyunda Monqolustana son dəqiqə qolu ilə qalib gəlib (1:0).
Bolqarlar isə eyni hesabla Tanzaniyadan üstün olublar.
"FİFA series - Edition 2024" turniri
Tanzaniya - Monqolustan 3:0
Qollar: Kelvin Con, 49, Abdul Süleyman, 63, Novatus Miroşi, 77.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov (hamısı Azərbaycan).
Mərdəkan, "Liv Bona Dea Arena", 17:00.
Azərbaycan - Bolqarıstan 1:1
Qollar: Musa Qurbanlı, 87 - Filip Krastev, 59.
Hakimlər: Kristo Tohver, Sander Saqa, Sten Klaasen (hamısı Estoniya), İnqilab Məmmədov (Azərbaycan).
Tofiq Bəhramov adına Respublika stadionu, 20:00.
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 4. Bəhlul Mustafazadə, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 14. Eddi İsrafilov, 8. Emin Mahmudov, (k), 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 9. Renat Dadaşov.
Məşqçi: Arif Əsədov.
Bolqarıstan: 23. İvan Dulqerov, 6. Valentin Antov, 5. Aleks Petkov, 3. Jivko Atanasov, 26. Viktor Popov, 4. İliya Qruyev, 20. Filip Krastev, 7. Georgi Kostadinov, 22. İlian İliuev, 11. Kiril Despodov (k), 17. Aleksandr Kolev.
Baş məşqçi: İlian İliev.