Avropa çempionatı: 3 cüdoçumuz turnirdə mübarizəyə start verir
Estoniyanın paytaxtı Tallində gənc oğlanlardan və qızlardan ibarət cüdo üzrə Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, ikinci yarış günündə üç cüdoçumuz mübarizəyə qoşulacaq.
Vüsal Qələndərzadə (73 kq) 1/16 final mərhələsində kosovolu Dion Şarapolli qarşılaşacaq.
Aydın Rzayevin (73 kq) rəqibi İbrahim Demirəl (Türkiyə) olacaq.
Süleyman Şükürov (81 kq) isə eyni raundda Petrov Kesovla (Kipr) üz-üzə gələcək.
Hələlik millimizin aktivində 2 qızıl, 1 gümüş medal var.
Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.