Avropa Kubokuna qatılacaq milli komandamızın heyəti açıqlandı

Avropa Kubokuna qatılacaq milli komandamızın heyəti açıqlandı

Gənc cüdoçulardan ibarət Azərbaycan millisinin Polşanın Poznan şəhərində keçiriləcək Avropa Kuboku üçün heyəti açıqlanıb.

Federasiyadan mediasport.az saytına verilən məlumata görə, ölkəmiz turnirdə 12 çəki dərəcəsində 15 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.

İdmançılara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcək.

Qızların mübarizəsində Leyla Dəmirova (48 kq), Zeynəb Məmmədova (52 kq), Lətifə Abbasova (57 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) qüvvəsini sınayacaq.

Oğlanların yarışında isə Nizami İmranov, Nurlan Kərimli, Murad Muradlı, Nicat Nağıyev (hamısı 60 kq), Nicat Nağıyev, Samir Piriyev, Aydın Rzayev (hamısı 66 kq), Qadir Hüseynov, Süleyman Əliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli, Əli Hacızadə (90 kq), İsmayıl Zamanov, Əjdər Bağırov (90 kq), Tamerlan Cabbarov (100 kq) və Kənan Nəsibov (+100 kq) tamamiyə çıxacaq.

25 ölkədən 452 idmançının iştirak edəcəyi Avropa Kuboku 15-16 aprel tarixlərində təşkil olunacaq. Azərbaycan cüdoçuları ardınca Poznanda beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər.