Avropa çempionatı: Azərbaycan millisi səfərdə Litvaya məğlub olub

Avropa çempionatı: Azərbaycan millisi səfərdə Litvaya məğlub olub

Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası AVRO-2024-ün seçmə mərhələsində dördüncü oyununu keçirib.

Mediasport.az xəbər verir ki, 5-ci qrupda yarışan yığmamız Litva həndbolçularının qonağı olub.

Bir həftə əvvəl Bakıda rəqibinə qalib gələn komandamız meydandan məğlub ayrılıb - 26:41.

Qeyd edək ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi oyunlarda Şimali Makedoniya və İspaniya seçmələrinə də uduzub.