Avropa çempionatı: Azərbaycan yığması Albaniya ilə qarşılaşır

Avropa çempionatı: Azərbaycan yığması Albaniya ilə qarşılaşır

16 yaşadək oğlan basketbolçular arasında Avropa çempionatının C divizionunda mübarizəyə bu gün başlanacaq.

Mediasport.az xəbər verir ki, turnirin qrup mərhələsinin görüşlərinə Albaniyanın paytaxtı Tirana ev sahibliyi edəcək.

A qrupunda mübarizə aparan Azərbaycan millisi ilk matçında meydan sahibləri ilə qarşılaşacaq.

Baş məşqçi Tahir Baxşıyev və köməkçisi Polad Həsənov qitə çempionatında İsmayıl Abdullayev, Emil Əliyev, Mübariz Mirzəyev, Teymur Əliyev, Cəlal Hacızadə, Azər İbrahimov, Mohammad Bazzi, Oğuzxan Quliyev, Hüseyn Qaflanov, Hacısəməd Oğuz və Hüseyn Məmmədova güvənəcək.

Komandamız sabah Bakı vaxtilə saat 16:30-da Moldova, iyulun 11-də isə saat 16:30-da Malta ilə üz-üzə gələcək.


U-16 (oğlanlar) Avropa çempionatı. C divizionu. A qrupu. 1-ci tur


21:30. Albaniya - Azərbaycan

Feti Borova Milli Olimpiya Mərkəzi