Azərbaycan şahmatçıları BƏƏ-dəki turnirin ilk turunda qələbəsiz qaldılar
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarjah şəhərində Azərbaycan şahmatçılarının iştirakı ilə “Masters” turniri start götürüb.
mediasport.az xəbər verir ki, təmsilçilərimizdən Misrətdin İsgəndərov ilk turda Çexia şahmatçısı Tay Nquyenə məğlub olub.
Aydın Süleymanlı Olimpiya çempionu Nodirbek Yakubboyevlə (Özbəkistan), Nicat Abasov Emre Canla (Türkiyə) xalları yarı bölüb, Məhəmməd Muradlı isə serbiyalı Aleksandr İndiçlə "sülh" bağlayıb.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.