Yarışa görə kefim yoxdur, çünki bu, elə də önəmli deyil" - Maqomedov
Serbiyanın paytaxtı Belqradda taekvondo üzrə Avropa çempionatında bürünc medal qazanan Azərbaycan millisinin üzvü Qaşım Maqomedov (58 kq) təəssüratlarını bölüşüb.
Mediasport.az xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançımız məsqədinin özün yoxlamaq olduğunu deyib.
O bildirib ki, Avropa çempionatına Olimpiadaya hazırlığın bir mərhələsi kimi baxıb:
“Yarışa görə kefim yoxdur. Çünki bu, elə də önəmli deyil. Avropa çempionatına Olimpiadaya hazırlıq kimi baxırdım. Hamıya uğurlar arzu edirəm”.
Qeyd edək ki, Maqomedov 1 il öncə Tallində Avropa çempionu tituluna yiyələnib.