DÇ-2023: Gələn həftə Azərbaycana 145 ölkədən 1000 idmançı gələcək
Bakıda keçiriləcək taekvondo üzrə Dünya çempionatında iştirak edəcək ölkələrin sayı müəyyənləşib.
mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov mətbuat konfransında məlumat verib.
O, DÇ-yə 145 ölkədən 1000-dək idmançının qatılacağını deyib. Ümumilikdə, ölkəmizə gələn həftə mundialla əlaqədar 2000-dən çox qonağın gələcəyi gözlənilir.
Dünya birinciliyi mayın 29-dan iyunun 6-dək təşkil olunacaq və 16 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Dünya çempionu aktivinə 140 reytinq xalı əlavə edəcək.