Rafael Ağayevin "Karate Combat"da növbəti rəqibi müəyyənləşdi

Rafael Ağayevin "Karate Combat"da növbəti rəqibi müəyyənləşdi

Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevin 2018-ci ildən çıxış etdiyi "Karate Combat"da növbəti rəqibi məlum olub.

mediasport.az xəbər verir ki, "Tokio-2020" Yay Olimpiya Oyunlarının gümüş medalçısı ABŞ-dan olan Coş Kuayhagenlə üz-üzə gələcək.

Qarşılaşma iyunun 24-də Florida ştatının Mayami şəhərində keçiriləcək.