Rəşad Sadıqovun göndərdiyi futbolçu pendir alverinə başladı - VİDEO
Mövsüm başa çatan kimi baş məşqçi Rəşad Sadıqovun yola saldığı futbolçular siyahısında yer alan Mirsayib Abbasov özünə yeni iş qurub.
MediaSport.az xəbər verir ki, 30 yaşlı hücumçu pendir biznesinə başlayıb.
Abbasov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Peşəkar karyerasına “İnter”də (indiki “Şamaxı”) başlamış futbolçu daha sonra “Səbail” və “Zirə”nin şərəfini qoruyub.