Milli komandamızın boksçusu finala çıxıb - Avropa Kuboku
Azərbaycan boksçusu Malik Həsənov Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunun finalına yüksəlib.
Mediasport.az xəbər verir ki, buna 63,5 kq çəkidə mübarizə aparan təmsilçimizin rəqibinin döyüşdən imtina etməsi səbəb olub.
İsrail idmançısı Ahmat Ştivi görüşə çıxmayacağından, Həsənov yarımfinalda döyüşmədən finala vəsiqə qazanıb. O, həlledici dueldə İanus Karavan (Moldova) – Qabil Məmmədov (Rusiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün baş tutacaq digər yarımfinal görüşlərində Azərbaycan millisinin daha 4 boksçusu çıxış edəcək.