Azərbaycan boksçusundan Avropa çempionatında gümüş medal
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə Avropa çempionatında final döyüşlərinə start verilib.
Mediasport.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan millisinin üzvü Tural Sarıyev gümüş medal qazanıb.
İlk iki görüşündə Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən T.Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib.
Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb, təmsilçimiz yarışı ikinci pillədə başa vurub.
Bu, Azərbaycan millisinin yarışda qazandığı ikinci medal olub.
T.Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.
Bu gün daha iki boksçumuz final qarşılaşmasına çıxacaq.