Adı dəyişdirilən bölgə klubunu Şəhriyar Əsgərov çalışdıracaq

Adı dəyişdirilən bölgə klubunu Şəhriyar Əsgərov çalışdıracaq

2024/2025 mövsümündən Azərbaycan Basketbol Liqasında "Quba" adı ilə mübarizə aparacaq komandanın baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, komandanı Şəhriyar Əsgərov çalışdıracaq.

Zaur Paşayev oynayan məşqçi funksiyasını yerinə yetirəcək. Komandanın kapitanı Fikrət Paşayevdir.

Ötən mövsüm "Cəlilabad" adı altında çıxış edən komandanın məşqçilər korpusu və əksər oyunçuları da "Quba"da olacaq.

Bölgə təmsilçisi ev oyunlarını Quba Olimpiya İdman Kompleksində keçirəcək.