Milli komandalarımız şahmat Olimpiadasına qələbə ilə başladılar

Milli komandalarımız şahmat Olimpiadasına qələbə ilə başladılar

Macarıstanın paytaxtı Budapeşt şəhərində 45-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.

Mediasport.az xəbər verir ki, birinci turda kişi şahmatçılardan ibarət Azərbaycan yığması İordaniyanı məğlub edib (3,5 - 0,5).

Aydın Süleymanlı, Nicat Abasov, Rauf Məmmədov qələbə qazanıb, Şəhriyar Məmmədyarov isə heç-heçə edib.

Qadınlardan ibarət millimiz açılış turunda maksimum nəticə ilə qələbə qazanıb.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibi məğlub ediblər.

45-ci Şahmat Olimpiadası

11 sentyabr

Kişilərin mübarizəsi

Azərbaycan - İordaniya - 3,5:0,5

Aydın Süleymanlı - Əl Hatib-Əhməd - 1:0

Nicat Abasov - Samir Loay - 1:0

Rauf Məmmədov - Malik Saef - 1:0

Şəhriyar Məmmədyarov - Anas Hvaira - 0,5:0,5

Qadınların mübarizəsi

Azərbaycan - Nikaraqua - 4:0

Ülviyyə Fətəliyeva - Mariya Qaranados - 1:0

Gövhər Beydullayeva - Kristiana Martines - 1:0

Xanım Balacayeva - Abigel Kabesas - 1:0

Gülnar Məmmədova - Aleksandra Munyos - 1:0