Azərbaycan badmintonçusu Malayziyada bürünc medal qazandı
Azərbaycan badmintonçusu Ülvi Hüseynov Malayziyanın Ravanq şəhərində keçirilən açıq turnirdə uğurla çıxış edib.
Mediasport.az xəbər verir ki, təmsilçimiz 18 yaşadək kişi badmintonçuların şəxsi yarışında bürünc medal qazanıb.
Mübarizəyə 1/32 finaldan başlayan idmançımız finala gedən yolda turnirin qalibi, yerli idmançı Lai Man Tata məğlub olub - 0:2 (22:24, 16:21).
Qeyd edək ki, Ü.Hüseynov 2023-cü ildən Azərbaycan Badminton Federasiyası və Malayziya Badminton Federasiyası arasında imzalanan əməkdaşlıq memorandumuna əsasən Malayziya Badminton Akademiyasında təhsil almaqla yanaşı, mütəmadi olaraq ölkənin müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışlarında iştirak edir.