Azərbaycan 1-ci və 2-ci Liqasında "Ayın qolu" layihəsinə start verilir

Azərbaycan 1-ci və 2-ci Liqasında "Ayın qolu" layihəsinə start verilir

Peşəkar Futbol Liqasının (PFL) "Ayın qolu" layihəsinə 1-ci Liqa və 2-ci Liqada da start verilir.

Mediasport.az xəbər verir ki, ilk qaliblər sentyabr ayında vurulan qollar əsasında seçiləcək

PFL tərəfindən hər liqada ayın "TOP-5" qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar PFL-in rəsmi "Facebook" hesabında paylaşılacaq. 

İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək.

1-ci Liqada "Ayın qolu"nun müəllifi 500 AZN qazanacaq.

2-ci Liqada "Ayın qolu"nu vuran futbolçu və onun çıxış etdiyi klub 500 AZN mükafat əldə edəcək.