Yığmamız AÇ-nin təsnifat mərhələsində britaniyalılara uduzdu

Yığmamız AÇ-nin təsnifat mərhələsində britaniyalılara uduzdu

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirində növbəti oyununu keçirib.

mediasport.az xəbər verir ki, baş məşqçi Nasser Salimin komandası ikinci görüşündə Böyük Britaniya millisi ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən matç rəqibin qələbəsi ilə başa çatıb - 39:22. Digər oyunda isə Kipr yığması Maltaya 47:26 hesabı ilə qalib gəlib.

Azərbaycan millisi ilk görüşdə Maltanı 34:25 hesabı ilə məğlub edib. Böyük Britaniya isə Kiprlə bərabərə qalıb - 25:25.

Yığmamız qrupda son oyununu Bakıda Kipr seçməsinə qarşı keçirəcək.