Azərbaycan çempionatında 12 komanda mübarizə aparacaq
Azərbaycan Basketbol Liqasında 2024/25-ci illər mövsümünün gündəliyi müzakirə olunub.
Görüşdə federasiya prezidenti Emin Əmrullayev, yeni vitse-prezident Fərrux Mahmudov, rəyasət heyətinin üzvləri və ABL klublarının nümayəndləri iştirak ediblər.
Toplantıda gündəlikdə olan bir sıra məsələlər müzakirə edilib.
Azərbaycan Basketbol Liqasında (ABL) iştirak edəcək klubların sayı, legioner və yerli oyunçu limitləri, birinci liqa və klublara bağlı U-14 liqasının yaradılması, qadın basketbol klublarının əsaslı təşkili barədə, federasiya rəhbərliyi ilə klub rəsmiləri arasında fikir mübadiləsi aparılıb.
Federasiyanın yeni vitse-prezidenti Fərrux Mahmudov Mediasport.az saytına növbəti mövsümdə klub sayının 12 olacağını təsdiqləyib.