Azərbaycan liqasında maraqlı HADİSƏ: Meydançaya itlər girdi

Azərbaycan liqasında maraqlı HADİSƏ: Meydançaya itlər girdi

Azərbaycan II Liqasının oyununda maraqlı hadisə yaşanıb.

Mediasport.az xəbər verir ki, Şəmkir Olimpiya Kompleksinin stadionunda baş tutan "Şəmkir" - "Kür-Araz" qarşılaşmasının ikinci hissəsində meydançaya iki it daxil olub.

Bu səbəbdən oyunda bir neçə dəqiqəlik fasilə yaranıb. Futbolçuların müdaxiləsindən sonra itlər meydançadan çıxıb.

Matçda qonaqlar qələbə qazanıblar - 3:2.

İlk turun görüşlərində aşağıdakı nəticələr qeydə alınıb:


Azərbaycan II Liqa. 1-ci tur


"Füzuli" – "Cəbrayıl" 3:4

"Baku Sportinq" – "Şəfa" 4:2

"Ağdaş" – "Şahdağ Qusar" 2:2

“Şəki City” – “Dinamo” 2:1

“Lerik” – “Qusar” 3:1

“Şəmkir” – “Kür-Araz” 2:3

“Göygöl” – “Kürmük Qax” 4:2