Azərbaycan çempionu İsveç və Gürcüstan klubları ilə qarşılaşacaq
AFFA Region Liqasının qalibi "Şimal" Azərbaycanı UEFA Region Kuboku yarışında təmsil edəcək.
Mediasport.az xəbər verir ki, şimal klubu mübarizəyə ilkin qrup mərhələsindən başlayacaq.
Komandamızın bu raundda - B qrupunda rəqibləri İsveçin "Göteborq" və Gürcüstanın "Football School Bridge" kollektivləri olacaqlar.
Mərhələnin görüşləri iyunun 28-dən iyulun 4-dək Gürcüstanda təşkil ediləcək.
Qrup qalibi əsas mərhələdə İrlandiya, İsveçrə və Şimali İrlandiya komandaları ilə üz-üzə gələcək.