Azərbaycan çempionu yeni mövsümə məğlubiyyətlə başladı

Azərbaycan çempionu yeni mövsümə məğlubiyyətlə başladı

Futzal üzrə Yüksək Liqada 2024/2025-ci illər mövsümü start götürüb.

Mediasport.az xəbər verir ki, ilk oyun günündə baş tutan mərkəzi matç kifayət qədər maraqlı alınıb.

Son illərin dəyişməz çempionu "Araz-Naxçıvan" daimi təqibçisi "Baku Fire" ilə bacara bilməyib.

Gərgin keçən görüş cari çempionun məğlubiyyəti ilə yekunlaşıb - 6:8.

Turun digər duellərində "Şuşa" "Neftçi"ni, U-19 "Yasamal Bakı"nı sınağa çəkəcək.


Yüksək Liqa. 1-ci tur


"Baku Fire" - "Araz-Naxçıvan" (5:2) 8:6

Qollar: Yaqo Enrike, 2:13, 2:49, 35:34, Amadeu, 8:37, 19:21, Tofiq Mikayılov, 12:12, Oqtay Rüstəmli, 27:59, Kənan Manafov, 33:35 // Lazar Milosavlyeviç, 3:40, 38:04, Kake Aledeş De Oliveyra, 13:35, Covanni Valerio, 23:25, Xəzər Ağalızadə, 35:01, Fərid Ələkbərov, 37:07 (ö/q).