Ölkə çempionu ÇL öncəsi millimizin üzvünü transfer etdi
UEFA Çempionlar Liqasına hazırlığını davam etdirən “Araz-Naxçıvan” klubu heyətini yeni futzalçı ilə gücləndirib.
Mediasport.az xəbər verir ki, "qırmızı-ağlar” millinin gənc üzvü İlham Alıyevlə müqavilə bağlayıb.
Futzalçı qarşıdakı mövsümü çempionun heyətində keçirəcək.
İlk dəfə bu il Tbilisidə Gürcüstan yığması ilə yoldaşlıq matçında əsas millinin heyətində meydana çıxan futzalçı daha əvvəl U-19-un formasını geyinib.
Qeyd edək ki, klub braziliyalı Kadinyonu, Kake Aledeş De Oliveyra (hər ikisi “Jetısu”, Qazaxıstan) və serb Lazar Milosavlyeviçi (“Crnica”, Xorvatiya) transfer edib.
Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayan ölkə çempionu Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollarını ayırıb.
Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.