Azərbaycan Yay Universiadasını 38-ci pillədə başa vurdu - Çendu-2023
Azərbaycan Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasını 38-ci pillədə başa vurub.
mediasport.az xəbər verir ki, idmançılarımız yarışda 3 gümüş və 6 bürünc medal qazanıblar.
Bədii gimnastikada Zöhrə Ağamirova 2 gümüş və 1 bürünc medala yiyələnib.
Cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) ikinci, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) üçüncü yeri tutublar. Daha bir bürünc medalı kişilərdən ibarət cüdo millimiz əldə edib.
Taekvondoda Minayə Əkbərova (46 kq), avarçəkmədə Bəhmən Nəsiri fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Qeyd edək ki, XXXl Ümumdünya Yay Universiadasında ümumilikdə 53 ölkə idmançıları medal qazanıblar. İlk üç pillədə Çin (103 qızıl, 40 gümüş, 35 bürünc), Yaponiya (21 qızıl, 29 gümüş, 43 bürünc) və Cənubi Koreya (17 qızıl, 18 gümüş, 23 bürünc) qərarlaşıblar.