"Neftçi" İK-dan geridönüş, "Gəncə"dən kritik qələbə - BASKETBOL LİQASI

"Neftçi" İK-dan geridönüş, "Gəncə"dən kritik qələbə - BASKETBOL LİQASI

Azərbaycan Basketbol Liqasında II tura start verilib.

mediasport.az saytının "Sərhədçi" İdman Olimpiya Mərkəzinə ezam olunmuş əməkdaşı xəbər verir ki, turun startı iki maraqlı qarşılaşma ilə yadda qalıb.

Günün ilk oyununda medallara iddialı "Gəncə" Astaranı təmsil edən "Zirə"ni qəbul edib və qərb təmsilçisi gərgin keçən mübarizəni cüzi fərqlə qazanıb - 78:77.

Turun mərkəzi matçı hesab edilən "Neftçi" İK - "Sərhədçi" dueli də xeyli maraqlı və gərgin alınıb. Faktiki meydan sahibi "sərhədçilər" oyunun gedişində hesabda bir neçə dəfə üstünlük əldə etsələr də, yekunda sevinən tərəf "Neftçi" İK olub - 85:80.

Tura şənbə günü keçiriləcək iki görüşlə yekun vurulacaq: "AAAF Xırdalan" - "Sabah", "Olimpik" (Şəki) isə NTD ilə üz-üzə gələcək.