Azərbaycan Dünya çempionatına uğursuz başladı - Qvadalaxara-2022

Azərbaycan Dünya çempionatına uğursuz başladı - Qvadalaxara-2022

Taekvondo yığmamız Meksikanın Qvadalaxara şəhərində keçirilən Dünya çempionatında mübarizəyə uğursuz start verib.

mediasport.az xəbər verir ki, yarışın ilk günündə mübarizəyə qoşulan Taleh Süleymanov (87 kq) ilk qarşılaşmadaca Serbiyanı təmsil edən iranlı Mehdi Xudabaxşiyə uduzub.

Bu gün daha iki idmançımız yarışa qoşulacaq. Kişilərin mübarizəsində Cavad Ağayev (68 kq) taylandlı Çayçon Ço ilə döyüşəcək. Qadınların yarışında isə Rio olimpiadasının bürünc mükafatçısı, Patimat Abakarova (49 kq) yunanıstanlı Nektaria Anastasia Kokosi ilə qarşılaşacaq.

Azərbaycan mundialda 8 taekvondoçu ilə təmsil olunur.