Paris-2024: Raman Saley finalda!

Paris-2024: Raman Saley finalda!

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında Paraüzgüçü Raman Saley (S12 kateqoriyası) finala adını yazdırıb.

Mediasport.az xəbər verir ki, o, 100 metr məsafəyə kəpənək üzmə üsulunda ümumi sıralamada ikinci pillədə (58.16) qərarlaşıb.

Final bu axşam Bakı vaxtı ilə 21:27-də başlayacaq.

Saley buna qədər 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında "gümüş", 100 metr məsafəyə sərbəst üzmə üsulunda "bürünc" qazanmışdı.