Azərbaycan idmançısı Bakıda keçirilən Dünya Kubokunun qalibi oldu
İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nikita Simonov Bakıda təşkil edilən idman gimnastikası üzrə Dünya Kubokunda çempion olub.
mediasport.az xəbər verir ki, 27 yaşlı idmançı halqalarla çıxışda bütün rəqiblərini geridə qoyub.
Simonov finalda 14.633 xal toplayaraq Dünya Kubokunun qalibi adını qazanıb. İranlı Mehdi Əhməd Kohani 14.500 xalla ikinci, avstriyalı Vinzenz Hek isə 14.433 xalla üçüncü yeri tutub.
İdman gimnastikası üzrə Dünya Kubokuna martın 12-də yekun vurulacaq.