Avropa çempionatı başlanır

Avropa çempionatı başlanır

Bu gün Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatı start götürəcək.

mediasport.az xəbər verir ki, mötəbər yarışda 38 ölkədən 315 gimnast (böyüklər - 191, gənclər 124) medallar uğrunda mübarizə aparacaq.

Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər.

Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.

AÇ-də ölkəmizi böyüklər arasında fərdi növdə Zöhrə Ağamirova və İlona Zeynalova təmsil edəcəklər.

Qrup hərəkətləri proqramında isə böyüklər arasında xalça üzərinə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina çıxacaqlar. Gənclərin yarışında isə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət qrup komandamız mübarizəyə qoşulacaq.

Qitə birinciliyinə mayın 21-də yekun vurulacaq.