Heyət açıqlandı - Rafael Ağayev Avropa Oyunlarına aparılmayacaq
21 iyun-2 iyul tarixlərində Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilər müəyyənləşib.
mediasport.az xəbər verir ki, 8 karateçimiz medallar uğrunda mübarizə aparacaq.
Kişilərin yarışında ölkəmizin idman şərəfini Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) qoruyacaqlar.
Qadınların mübarizəsində isə Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.
Üçüncü Avropa Oyunlarının karate yarışlarında 20 ölkədən 96 idmançı yarışacaq.
Avropa Oyunlarında karate yarışları iyunun 22-23-də baş tutacaq.