Kubokda "Qarabağ" - "Qəbələ" oyunlarının vaxtları müəyyənləşdi
Azərbaycan Kuboku 1/4 final mərhələsinin ilk və cavab oyunlarının cədvəli açıqlanıb.
mediasport.az xəbər verir ki, iki gündə keçiriləcək oyunlar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Azərbaycan Kuboku. 1/4 final. İlk oyunlar
8 dekabr (cümə axşamı)
“Zirə” – “Neftçi”
Zirə İK stadionu, 18:00
“Qarabağ” – “Qəbələ”
“Azersun Arena”, 20:30
9 dekabr (cümə)
“Kəpəz” – “Turan Tovuz”
Gəncə şəhər stadionu, 14:00
“Səbail” – “Sabah”
“ASCO Arena”, 17:00
Azərbaycan Kuboku. 1/4 final. Cavab oyunları
19 dekabr (bazar ertəsi)
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 16:00
“Sabah” – “Səbail”
“Bank Respublika Arena”, 19:00
20 dekabr (çərşənbə axşamı)
“Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu, 14:00
“Neftçi” – “Zirə”
“Bakcell Arena”, 19:00