Azərbaycan Kubokunda yarımfinal oyunlarının saatları açıqlanıb

Azərbaycan Kubokunda yarımfinal oyunlarının saatları açıqlanıb

Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal görüşlərinin başlanma saatları açıqlanıb.

Mediasport.az xəbər verir ki, hər iki qarşılaşma aprelin 25-də baş tutacaq.

İlk olaraq saat 15:00-da “Neftçi” İK və “Baku Fire” kollektivləri güclünü müəyyənləşdirəcəklər.

18:00-da isə “Araz Naxçıvan” - PFL görüşü baş tutacaq.

Qeyd edək ki, hər iki oyun Bakı İdman Sarayında keçiriləcək.