"Ümid edirəm ki, çıxışım bu dəfə də uğurlu alınacaq” - Dünya çempionu
“Bakıdakı yarışa çox yaxşı hazırlaşmışam. İndiyədək iki dəfə Dünya Kubokunda iştirak etmişəm”.
Mediasport.az xəbər verir ki, bu sözləri batut gimnastikası və tamblinq üzrə milli komandamızın lideri Mixail Malkin deyib.
İkiqat dünya çempionu Bakıda keçiriləcək Dünya Kubokuna hazırlıq barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə açıqlama verib:
“Bu yarış Böyük Britaniyada keçirilmiş batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatından sonrakı ilk turnirim olacaq. Yaxşı hazırlaşıram. Ümid edirəm ki, çıxışım bu dəfə də uğurlu alınacaq”.
Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 23-25-də Milli Gimnastika Arenasında təşkil olunacaq.