Azərbaycan milli komandasının üzvü karyerasını başa vurub
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının üzvü Taleh Məmmədov idmançı karyerasını başa vurub.
Mediasport.az xəbər verir ki, bununla bağlı Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, Məmmədov bundan sonra məşqçi kimi fəaliyyətini davam etdirəcək.
35 yaşlı idmançı 3 dəfə (2021, 2022, 2023) Avropa çempionatında gümüş, 1 dəfə (2022) dünya çempionatında bürünc medal qazanıb.