Yığmamız Avropa çempionatında qrupda qaldı - DƏQİQLƏŞDİ
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında qrupdan çıxmaq şansını itirib.
mediasport.az xəbər verir ki, buna hazırda Çexiya yığmasının İsveçlə görüşdə ilk iki seti qazanması səbəb olub.
Çexiya seçməsi bu dəqiqələrdə İsveç millisinə 2:0 hesabı ilə qalib gəlir.
Çexlər ən azı bir xalı təmin etdiyindən, millimiz 1/8 finala yüksələ bilməyib.
Qeyd edək ki, Azərbaycan yığması 6 kollektivin yer aldığı C qrupunu 5 xalla beşinci sırada bitirib.