Azərbaycan millisinin 6 üzvündən heç biri lisenziya qazana bilmədi

Azərbaycan millisinin 6 üzvündən heç biri lisenziya qazana bilmədi

Qətərin paytaxtı Dohada atıcılıq üzrə Dünya Olimpiya Təsnifat Turniri Azərbaycan millisi üçün uğursuz alınıb.

Mediasport.az xəbər verir ki, yığmamızın üzvləri səngər stendində (trap) təsnifat mərhələsini başa vurublar.

6 atıcımızdan heç biri həlledici raunda yüksələ bilməyib və beləliklə, onlar "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziyasız qalıblar.

Əli Hüseynli 140 kişi idmançı arasında 116 xalla 57-ci, Sabir Mehdizadə 112 xalla 110-cu, Əlimirzə Quliyev 109 xalla 123-cü yeri tutub.

79 qadının mübarizəsində isə Ülviyyə Eyvazova 110 xalla 42-ci, Aydan Camalova 104 xalla 62-ci, Rəna Ələskərova 88 xalla 77-ci olub.

Stend atıcılığı yarışında Riqina Meftəhəddinova, Fuad Qurbanov, Nurlana Cəfərova, Cavid Həsənov, Niyaz Ağazadə və Sevda Nəcəfova dairəvi stend (skeet) üzrə ölkəmizi lisenziya qazanmağa çalışacaqlar.