Azərbaycanın qadın FİFA hakimləri Avropa çempionatına dəvət alıblar
Azərbaycanın FİFA referisi Fəridə Lütfəliyeva və FİFA referi köməkçisi Gülnurə Əkbərzadə beynəlxalq təyinat alıblar.
Mediasport.az xəbər verir ki, ədalət təmsilçiləri 17 yaşadək qadın futbolçular arasında Monteneqroda keçiriləcək Avropa çempionatının ikinci raundunun matçlarını idarə edəcəklər.
Onlar ilk olaraq martın 11-də reallaşacaq qarşılaşmada iş başında olacaqlar.
11 mart
14:30. Belarus – Andorra
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Milena Vidiç (Monteneqro).
Dördüncü hakim: Milisa Raduloviç (Monteneqro).
“Topoplica Stadion” stadionu.
14 mart
17:00. Monteneqro – Andorra
Hakimlər: Fəridə Lütfəliyeva, Gülnurə Əkbərzadə, Laura Koskinen (Finlandiya).
Dördüncü hakim: İfeoma Kulmala (Finlandiya).
“Mitar Mićo Goliš” stadionu
17 mart
17:00. Monteneqro – Belarus
Hakimlər: Pimenta Oliveyra Tereza Alis (Portuqaliya), Qraça Tavares (Portuqaliya), Gülnurə Əkbərzadə.
Dördüncü hakim: Fəridə Lütfəliyeva.
“Gradski Stadion Podgorica” stadionu