Serblər Qurban Qurbanovu xatırlayıblar: "Bizi Avropa çempionatından etmişdilər"
Serbiya mətbuatı millinin Avropa çempionatının seçmə mərhələlərində uğursuz çıxışlarından bəhs edən yazı hazırlayıblar.
Mediasport.az xəbər verir ki, mövzuda yığmanın AÇ-2004-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer almalarından və xal itirməklərindən də bəhs edilib.
O zamanlar Serbiya və Çernoqoriya adlanan ölkənin yığmamızla keçirdiyi duellərə geniş yer verilib. 2003-cü ilin yanvarında Podqoritsa şəhərində qeydə alınan 2:2 bərabərlikdən sonra "Şəfa" stadionunda iyunun 11-də baş tutumuş matçda komandamızın son dəqiqələrdə 2 qol vuraraq qalib gəlməsi, əsasən, Qurban Qurbanovun vurduğu qollar xatırlanıb.
"Qurban Qurbanovu xatırlayırsız? Azərbaycan millisi Avropa futbolunda heç də yüksək sıralarda deyildi. Amma Deyan Saviçeviçin rəhbərliyi altında bu komandaya qarşı keçirdiyimiz oyunlar böyük biabırçılıq və tarixi uğursuzluqla yadda qalıb. Komandamız Podqoritsada 2 top fərqilə öndə olsa da, Qurban Qurbanovun dublu ilə buradan 1 xal aparmışdılar. Bakıda isə həmin Qurban Qurbanov 88-ci dəqiqədə hesabı bərabərləşdirmiş, 2 dəqiqə sonra Fərrux İsmayılovun qələbə topunu vurmuşdu. Beləcə, onlar Serbiya və Çernoqoriyanı Avropa çempionatından məhrum etmişdilər. Azərbaycanla qarşılaşmalardakı xal itkiləri bizə baha başa gəlmişdi".
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi o vaxt Serbiyadakı matçda 2 qol vurmuş, Bakıda isə 1 dəfə fərqlənmişdi.