Milli komandamızın "Qran-pri" üçün yekun heyəti məlumdur

Milli komandamızın "Qran-pri" üçün yekun heyəti məlumdur

Azərbaycan cüdo millisinin "Qran-pri" turnirinə qatılacaq yekun heyəti müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yanvarın 26-28-də Portuqaliyanın Odivelaş şəhərində baş tutacaq yarışda 6 idmançı mübarizə aparacaq.

Yığmanın heyətində Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Aydan Vəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə və Açeliya Toprak (hər ikisi 57 kq) yer alıblar.

"Qran-pri"nin qalibi 700, ikincisi 490, üçüncü yeri tutan isə 350 reytinq xalı qazanacaq.