Tatarıstandan daha 3 medal gəldi

Tatarıstandan daha 3 medal gəldi

Azərbaycan cüdoçuları Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRİCS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarının ilk günündə 3 medal qazanıblar.

Mediasport.az xəbər verir ki, kişilərin mübarizəsində Hüseyn Allahyarov (60 kq) və Rəşad Yelkiyev (66 kq), qadınların mübarizəsində isə Südabə Ağayeva (70 kq) bürünc medala yiyələnib.

Nərmin Əmirli (78 kq), Nigar Süleymanova (70 kq) və Nəriman Mirzəyev (73 kq) yarışı 5-ci pillədə tamamlayıb.

Beləliklə, Azərbaycan idmançılarının BRİCS Oyunlarında qazandığı medalların sayı 24-ə yüksəlib.

Komandamızın hesabında 6 qızıl, 5 gümüş və 13 bürünc mükafat var.