"Neftçi" Çempionlar Liqası öncəsi 10 yeni futbolçu ilə gücləndi
UEFA Çempionlar Liqasında çıxış edəcək "Neftçi"nin qadın futbolçulardan ibarət komandası 10 oyunçu transfer edib.
Mediasport.az xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Aytac Şərifovanı (sonuncu klubu "Trabzonspor", Türkiyə), müdafiəçilər Alina Nəhmədova ("Sumqayıt"), Fidan Cəfərova ("Baku Juniors"), Sevgi Sevin Ergen ("Trabzonspor", Türkiyə) və Güzide Alçunu ("Amedspor", Türkiyə), yarımmüdafiəçilər Eda Nur Özbay ("Bornova Hitab Spor", Türkiyə), Meryem Küçükbirinci ("Trabzonspor", Türkiyə), Şehriban Dülek ("Amedspor", Türkiyə) və Vüsalə Seyfəddinovanı ("Olimpiada İmittou", Yunanıstan) və hücumçu Xanım Əsədovanı ("Sabah") heyətinə qatıb.
Siyasət Əsgərovun rəhbərlik etdiyi "ağ-qaralar" sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində "Sankt-Pölten" (Avstriya) ilə qarşılaşacaq.