Atıcılarımız final mərhələsinə vəsiqə qazana bilmədilər - Avropa Oyunları
Azərbaycan atıcıları - Ruslan Lunyov, Nigar Nəsirova və Nəzrin Abbaslı Polşada keçirilən III Avropa Oyunlarında uğursuz çıxış ediblər.
MediaSport.az xəbər verir ki, ikiqat Avropa çempionu Lunyov 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında 11-ci yeri tutmaqla final mərhələsinə vəsiqə qazana bilməyib.
577 xal toplayan 34 yaşlı idmançı ilk “8-lik”dən kənarda qalıb. R.Lunyov iyunun 29-30-da isə 25 metr məsafəyə atəş açmada qüvvəsini sınayacaq.
Nigar Nəsirova 565 xalla 25-ci, Nəzrin Abbaslı isə 557 xalla 35-ci yeri tutub. Ümumilikdə 38 nəfər arasında ən yaxşı “8-lik” final mərhələsinə adlayıb.