İcraiyyə Komitəsinin qərarı: Yığma Vitali Borisovla yola davam edəcək
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası baş tutub.
Mediasport.az xəbər verir ki, toplantıda verilən qərarlardan biri də futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisovun yığmadakı gələcək taleyi ilə bağlı olub.
Qərara əsasən, 42 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanacaq.